74 nәfәr günahsız insanın əziz xatirәsi anılıb

74 nәfәr günahsız insanın əziz xatirәsi anılıb

Bosniya vә Herseqovinanın şimal-şərqindəki Srebrenitsa şəhərində 12 Aprel 1993-dә Serb əsgərlər tərəfindən öldürülәn 74 nәfәrin xatirәsinә anım mәrasimi tәşkil edilib. SİA-nın məlumatına görə, mərasimə qatılan müxtəlif qeyri-hökumət təşkilatları nümayəndələri və çox sayda dinc әhali, 21 il əvvəl Srebrenitsada bir ibtidai məktəbin qarşısında öldürülənlərin xatirəsinə çələng qoyub və dua ediblәr. Onlar 1995-ci ildə Srebrenitsa soyqırımında həyatını itirənlərin xatirәsinә Potoçari Abidə Qəbiristanlığını ziyarәt ediblәr.

Mərasimə Bosniya və Herseqovina dövlətinin prezidenti Jivko Budimir, Srebrenitsa Bələdiyyə başçısı Çamil Durakoviç , Srebrenitsa və Jepa Anaları Dərnəyi Başçısı Munira Subaşiç , Bosniya Serb Respublikası Məclis sədrinin müavini Ramiz Salkic , Srebrenitsa Şəhər Məclisi sədrinin kömәkçisi Hamdiya Feyziç və digər rəsmilər qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə