İraqda 7 polis əməkdaşı həyatını itirib

İraqda 7 polis əməkdaşı həyatını itirib

İraqın şimalında yerlәşәn Samarra və Tikrit şəhərlərində hәyata keçirilәn hücumlarda 7 polis әmәkdaşı hәyatını itirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hücumların məsuliyyətini hələlik öz üzәrinә götürən olmayıb.

Tikrit şəhərində şəxsiyyəti naməlum şəxslər tərəfindən polisləri daşıyan avtomobilә tәşkil edilәn vә 5 polisin ölümü ilә nәticәlәnәn hücumdan sonra silahlı şәxslәrlә təhlükəsizlik qüvvələri arasında baş verәn qarşıdurmada da 2 polis hәyatını itirib.

Hadisәlәrlә bağlı istintaq başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə