Suriyada hücumda kimyәvi silahlardan istifadә edilib

Suriyada hücumda kimyәvi silahlardan istifadә edilib

Suriyanın Həma şәhәrinin Kfar Zeita kәndinә tәşkil edilәn hücumda kimyәvi silahdan istifadә edilib. SİA-nın məlumatına görə, onlarla insanın yaralanması ilә nәticәlәnәn kimyәvi hücum mövzusunda Əsəd rejimi ilə müxaliflər bir-birlərini ittiham edirlәr.

Əsəd rejiminin qüvvәlәri tәrәfindәn kәndә tәşkil edilәn avia-zәrbәlәrdәn sonra nәfәs dәrmәkdә çәtinlik çәkmәyә başlayan kәnd әhalisi xəstəxanalarda yerlәşdirilib.

Müxaliflər kimyəvi silah istifadә edilәn hücumu Əsəd rejiminin təşkil etdiyini bildiriblәr. Ancaq istifadә edilәn qaz mövzusunda mәlumat yoxdur.

Suriya Milli Koalisiyası təcili istintaq başladılması mövzusunda BMT-yә çağırış edib. Əsəd rejimini Dәməşqin Harasta mәhәllәsinә tәşkil edilәn әmәliyyatda da kimyəvi silah istifadə etməkdә ittiham edib.

Suriya dövlət televiziyası isə hücumu Əl Nusra Cəbhəsinin xlor qazı istifadə edərək təşkil etdiyini, 2 nәfәrin hәyatını itirdiyini, 100-dәn çoxun insanın yaralandığını bildirib.

Qarşıdurmaların şiddətləndiyi Hәlәb şәhәrindә rejimin nәzarәtindә olan bölgәdә 6 nәfәr hәyatını itirib.

Ölkәnin şərqində yerlәşәn Deir Ezzur bölgəsində isә İraq vә Dəməşq İslam Dövlәti silahlıları ilə Əl Nusra Cəbhəsi üzvlәri arasında baş verәn qarşıdurmalarda 68 nәfәr ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə