Polis mәntәqəsi tutulub

Ukraynanın şərqində daha bir polis mәntәqisi Rusiya tәrәfdaşları tәrәfindәn işğal edilib. SİA-nın Rus mətbuatına istinadən məlumatına görə, Kramatorsk şəhərində Rusiya tәrәfdarı nümayişçilər, baş verәn qarşıdurmadan sonra təhlükəsizlik rәhbәrliyi binasına daxil olublar. Binada hazırda 20 qədər silahlı nümayişçinin olduğu bildirilib.

Silahlı qruplar Slavyansk qəsəbəsində dә nәzarәti ələ keçirdikləri polis mәntәqәsinә Donetsk Xalq Respublikası emblemi vurub və Rus bayrağını sancıblar.

Rusiyaya qoşulmaq istәdiklәrini sәslәndirәn aktivistlər, təhlükəsizlik qüvvələrinin müdaxilə ehtimalına qarşı polis mәntәqәsinin ətrafına barrikadalar qurublar.

Әldә edilәn mәlumata әsasәn, qəsəbənin girişində silahlı qruplar tәrәfindәn yaradılan nəzarət nöqtələrindә avtomobillәrdә axtarış aparılır.

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov Milli Təhlükəsizlik Şurasını təcili olaraq iclasa çağırıb.

Ukrayna xarici işlər naziri də rusiyalı həmkarı Lavrova telefonla zəng edәrәk casusların tәhkiramiz hərəkətlərinin qarşısının alınmasını istәyib. Lavrov isə Ukraynada Rusiya casuslarının olmadığını deyib vә aktivistlərə müdaxilənin qәbul edilmәz olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə