Berlin Rusiya qazının nəqli məsələlərinə dair Avropanın vahid mövqeyini dəstəkləyir
Almaniya kansleri Angela Merkel Ukraynada böhran üzündən qaz təchizatında mümkün fasilələrin yaranması ilə əlaqədar Şərq ölkələrindən alınan qazın avropalı istehlakçılarının vahid mövqeyinin razılaşdırılmasına tərəfdardır. A.Merkel aprelin 11-də Afinada Yunanıstanın Baş naziri Antonis Samaras ilə danışıqlardan sonra deyib: "Bu mövzunu Rusiya, ABŞ və Ukrayna xarici işlər nazirlərinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun iştirakı ilə gələn həftə keçiriləcək görüşündə müzakirə etmək lazımdır".
Elə həmin gün axşam Brüsseldə təsdiq ediblər ki, dördtərəfli formatda görüş aprelin 17-də Cenevrədə keçiriləcək. dpa agentliyinin yaydığı məlumata görə, danışıqların gündəliyi Aİ ölkələrinin xarici işlər nazirlərinin aprelin 14-ə nəzərdə tutulan məsləhətləşmələri zamanı təsdiq ediləcək.
AFR kanslerinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin qaz istehlakçısı olan 18 Avropa ölkəsinin liderlərinə bu günlərdə ünvanladığı məktub birgə cavab hazırlamaq üçün "yaxşı bəhanədir". A.Merkel vurğulayıb ki, Ukraynanın Rusiya qazına görə borcları və bununla bağlı Avropanın qazla təchizatında mümkün problemlər Avropaya məlumdur. Almaniya hökumətinin başçısı vurğulamışdır: "Biz Rusiya qazı təchizatının etibarlı olmasına əmin olmaq istəyirik".
Bununla əlaqədar "Röyter" agentliyi xatırladır ki, Aİ-nin energetika məsələləri üzrə komissarı Günter Ottinger yaxın günlərdə Rusiya və Ukraynanın energetika nazirləri, habelə "Qazprom" şirkətinin rəhbərliyi ilə danışıqlar aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB