ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel Obama ötən il yarım milyon dollar - 482 min dollar pul qazanıblar. SİA-nın xəbərinə görə, bu barədə məlumat "Ağ Ev"in saytında yer alıb.
2012-ci ildə isə cütlüklərin 662.8 min dollar qazanmasını nəzərə alsaq, cütlüklərin gəlirləri ötən il 180 min dollar azalıb.
Ötən il cütlüklər 20.4 faiz çox vergi ödəyiblər ki, bu da 98.2 min dollar təşkil edib. Bu məbləğin 23.3 milyon dolları İlliyons Ştatının dövlət büdcəsinə ödənilən yerli vergidir.
Xeyriyyəçi cütlüklər ötən il öz gəlirlərinin 12.3 faizini, yəni 59.2 min dollarını xeyriyyə məqsədilə xərcləyiblər.
Ombama ailəsi ötən il 32 müxtəlif təşkilata pul ayırıblar. Ən çox maliyyə isə Hərbi Qulluqçular və Veteranlar Fonduna ayrılıb ki bu da 8.8 min dollar təşkil edib.
Məlumatda bildirilir ki, Obama ailəsinin gəlirləri onun prezident seçilməsindən sonra azalmağa başlayıb. 2009-cu ildə Obama 5.5 milyon , 2010-cu ildə 1.7 milyon qazanıb. 2011-ci ildə isə Obamanın gəlirləri azalaraq 790 min, 2012-ci ildə isə 608.6 min dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB