Macarıstan Ukraynaya revers yolu ilə qaz nəql etməyə hazırdır

Macarıstan Ukraynaya revers yolu ilə qaz nəql etməyə hazırdır

Macarıstan Ukraynaya qaz nəqlinə başlamağa hazırdır. Macarıstanın Baş naziri Yanoş Martoni Budapeştdə Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib. "Röyter" agentliyi Macarıstan diplomatının bu sözlərini sitat gətirib: "Revers yolu ilə qaz nəqlinin başlanması üçün zəruri olan avadanlıq hazırdır".

Y.Martoninin sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Budapeşt Krımda referendumu qanunsuz sayır.

"Foldgazszallitas" qaz kəmərlərinin Macarıstan operatoru daha əvvəl bildirmişdir ki, sərbəst müəssisələr və qüvvədə olan müqavilə olsa, Ukraynaya 6 milyard kubmetrə qədər qaz nəql etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə