Baş prokuror: “Rusiya Yanukoviçi legitim prezident hesab edir”

Baş prokuror: “Rusiya Yanukoviçi legitim prezident hesab edir”

"Rusiya Viktor Yanukoviçin Ukraynaya verilməsi üçün əsas görmür". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın Baş prokuroru Yuri Çayka deyib.

Onun sözlərinə görə, Rusiya əvvəlki kimi Yanukoviçi legitim prezident hesab edir.

Baş prokuror vurğulayıb ki, Yanukoviç heç bir cinayət törətməyib və bu səbəbdən də onun ekstradisiyasına heç bir əsas yoxdur: "Bunun əksi olaraq, bu gün Kiyevdəki hakimiyyət silahlı çevriliş nəticəsində hakimiyyətə gəlib. Yeni hakimiyyətlə bağlı çoxlu sayda suallar var. Hədsiz sayda cinayətlər həyata keçirilib və onları araşdırmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə