ABŞ Rusiyanın qaz təhdidini qınadı

ABŞ Rusiyanın qaz təhdidini qınadı

Rusiya ilə Qərb ölkələri arasında başlayan gərginlik getdikcə artmaqdadır. SİA-nın xarici mətbata istinadən verdiyi xəbərə görə, Krımın birləşdirilməsindən sonra beynəlxalq cəmiyyətin qınağına səbəb olan Moskva rəhbərliyi bu dəfə enerji kartını oynamağa başlayıb.

Rusiya Dövlət Başçısı Vladimir Putin avropalı liderlərə məktub yazaraq bildirib ki, Rusiyadan Avropaya gedən qazın Ukrayna üzərindən daşınması dayandırıla bilər.

ABŞ isə Rusiyanı bu addıma görə qınayıb: SİTAT "Rusiyanın enerji qaynaqlarını Ukraynaya qarşı istifadə etməsini qınayırıq. Biz də əlbəttə ki, Ukraynaya kömək etmək üçün bölgədəki müttəfiqlərimizlə bəzi addımlar atırıq. " STATIN SONU

Qeyd edək ki, Ukraynanın Qazproma hələ də 2 milyard dollara yaxın borcu var. Rusiya mövcud borc ödənilməzsə yalnız ön ödəmə edildikdən sonra Kiyevə qaz satatacağı ilə Ukraynanı təhdid edib. Putinin məktubunda həmçinin, bu vəziyyətin Ukrayna üzərindən boru kəməri keçən Avropa ölkələrinə də təsir edəcəyi vurğulanıb.

Xatırladaq ki, eyni zamanda NATO Rusiyanın Ukrayna sərhəddində 40 min əsgər saxlamasına qarşı tədbirlər görür. Buna görə Alyansın Avropa Müttəfiq Qüvvələri Komandirliyindən verilən açıqlamada Şərqi Avropaya Amerika əsgərlərinin yeridilə biləcəyi söylənilib. Açıqlama verilən zaman isə Amerikan və Fransa döyüş gəmiləri İstanbul boğazından Qara dənizə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə