Yuan 2015-ci ildə dünya ticarət valyutasına çevriləcək

Yuan 2015-ci ildə dünya ticarət valyutasına çevriləcək

HSBC Bank Çin valyutasının parlaq gələcəyinə inanır. Bankın xülasəsində deyilir ki, gələn il yuan dünyanın fəal şəkildə ticarət edilən valyutasından birinə çevriləcək.

Xülasədə daha sonra bildirilir ki, yuan növbəti 2-3 il ərzində ən çox konvertasiya edilən valyuta olacaq. Bununla yanaşı, 2015-ci ildə Çinin inkişaf etməkdə olan ölkələr ilə xarici ticarətinin yarısı yuan ilə həyata keçiriləcək.

Artıq bu ildən etibarən yuan bütün planet üzrə "zəfər yürüşünə" başlayacaq. SWIFT maliyyə qrupunun verdiyi məlumatlara görə, yuan ən çox ticarət edilən valyutaların onluğuna daxil ola bilib. Həmçinin bu il fevral ayının yekunlarına görə, yuan hesablaşmalar üçün ən çox istifadə edilən valyutalar reytinqində 7-ci pilləyə sahib olub. O bu parametrdə İsveçrə frankını geridə qoyub.

Dörd il əvvəl Çinin xarici ticarətinin cəmi 3 faizi yuan ilə həyata keçirilirdi. Bu gün isə bu göstərici altı dəfəyə qədər artaraq 18 faiz olub. Bunlarla yanaşı, yuanın investisiya rolu da artmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə