Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Rusiya Federasiyasının qurumdakı nümayəndə heyətinə qarşı sanksiyaların tətbiq olunması ilə keçirilən səsvermə başa çatıb. SİA-nın məlumatına görə, səsverməyə əsasən Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səs hüququndan məhrum edilib.
Belə ki, 145 nəfər qətnamənin lehinə, 21 nəfər isə əleyhinə çıxıb.
Daha sonra hesabata əlavə və dəyişiklik təklifləri üzrə müzakirə və səsvermə keçirilib. Səsvermədə Ukraynalı və Rusiyaya qarşı tənqidi mövqe sərgiləyən deputatların təklif etdikləri dəyişikliklər keçsə də, Gürcüstan millət vəkillərinin təklifləri qəbul olunmayıb. Rusiyanın AŞPA-dakı səlahiyyətlərinin tam şəkildə ləğvinə dair əsas əlavə və dəyişikliklərdən hesab olunan 3, 6, 11, 12, 14 saylı əlavə və dəyişikliklər qəbul edilməyib. Dəyişikliklərə əsasən Rusiya nümayəndə heyətinin səsvermə hüquqları 2014-cü ilin sonuna qədər dondurulur. Bundan başqa, Rusiya millət vəkilləri AŞPA-nın Bürosunda, Sədrlər Komitəsində, Daimi Komitəsində iştirak edə və assambleyanın seçkiləri müşahidə missiyalarında təmsil oluna bilməyəcəklər.
Şahin Abbasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB