Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının təsdiq olunmuş gündəliyinə təcili məsələ kimi "Ukraynada son vəziyyət: demokratik təsisatların fəaliyyəti təhlükədə" məsələsi əlavə edilib. Məsələ avropalı deputatlar tərəfindən geniş müzakirə olunub. SİA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən Avropa Şurasının baş katibi T. Yaqland Ukrayna ətrafındakı mövcud vəziyyətdən, hadisələrin bölgədə ciddi problemlər yaradacağından narahatlığını ifadə edib.
Baş katib deyib ki, insan haqlarının pozulmasına qətiyyətlə yol vermək olmaz və vəziyyəti yerindəcə araşdırmaq məqsədilə Avropa Məhkəməsinin keçmiş sədrinin rəhbərliyi altında xüsusi komissiya Ukraynaya göndəriləcək.
Deputatların əksəriyyəti Ukraynanın mövqeyini, ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. Hətta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi assambleyada müzakirə olarkən ermənipərəst mövqe nümayiş etdirən Milli Assambleyanın deputatı, AŞPA-dakı Fransa nümayəndə heyətinin rəhbəri Rene Ruke bir fransız vətəndaşı kimi bütün dünya ölkələrinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.
AŞPA Ukraynada formalaşan mövcud hakimiyyəti legitim hesab edib. Sonda Ukraynanın ərazi bütövlüyü ilə bağlı qətnamə layihəsi səsə qoyulub. Avropanın 154 deputatı sənədin lehinə, 29 deputatı əleyhinə səs verib, 10 nəfər isə bitərəf qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB