Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiyaları haqqında yazırlar. Siyahı şəklində hazırlanan sanksiyalarda 107 nəfərin adı yer alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, siyahıda Rusiyanın siyasi elitasında olan şəxslərin adları yer alıb. Eyni zamanda tanımış jurnalistlər, biznesmenlər və güc strukturlarının təmsilçiləri də sanksiyalara məruz qalacaqlar.
Sözügedən siyahı beş qrupa bölünüb. Belə ki, birinci qrupda qanunvericilik orqanlarında fəaliyyət göstərənlərin adları yer alıb. İlk sıralarda Federasiya Şurasının sədr müavinləri Aleksandr Torşin, İlyas Umaxanov, deputatlar, yuxarı palatanın beynəlxalq komitəsinin, eləcə də müdafiə və təhlükəsizlik komitəsinin üzvləri daxil olublar.
Sanksiyalara məruz qalacaq ikinci qrupa isə prezident Vladimir Putin, baş nazir Dmitri Medvedev, XİN rəhbəri Sergey Lavrov istisna olmaqla hökumətin icra nümayəndələri, xüsusilə, RF təhlükəsizlik şurasının üzvləri aid olunublar.
Üçüncü qrupa güc strukturları nümayəndələri (müdafiə nazirliyinin və Fderal Təhlükəsizlik Xidmətinin yüksək çinli məmurları) daxildir.
Dördüncü qrupda biznesmenlər, beşinci qrupda isə media orqanları və jurnalistlər yer alıblar. Beşinci qrupda yer alan media orqanları və jurnalistlər bunlardır – "Qazprom-media", "Rossiya" və "Russia Today" telekanalları, "Birinci kanal" və "NTV" telekanalları, jurnalistlər Mixail Leontyev, İradə Zeynalova və Mixail Qusman. Onların hər biri RF-nin Krıma ilhaq prosesində təbliğat aparmaqda günahlandırılırlar.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB