İsveç Rusiyanı təhlükə mənbəyi hesab edir RƏSMİ İDDİA

İsveç Rusiyanı təhlükə mənbəyi hesab edir RƏSMİ İDDİA

Soyuq müharibə başa çatdıqdan sonra ilk olaraq İsveç Rusiyanı təhlükə mənbəyi hesab etdiyini bəyan edib. SİA İsveçin "Svenska Dagbladet" nəşrinə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik polisi (Säpo) Rusiyanın bu ölkəyə qarşı silahlı müdaxilə edəcəyini iddia edib. Bu arada İsveçin müdafiə naziri Karin Enstryom bildirib ki, onun ölkəsi Rusiya ilə hərbi əməkdaşlıq sahəsində bütün əlaqələri kəsir və silahlı qüvvələr də islahatlara başlayır.

"Rusiya müharibəyə hazırlıq aparır və bu da bizi narahat edir". Bu fikirlərlə isə əkskəşfiyyat idarəsinin baş analitiki Bilhelm Unqe çıxış edib.

Onun sözlərinə görə, Krımda və Ukraynada baş verən hadisələrdən sonra Rusiyanın kəşfiyyat sahəsində fəallığı artmağa başlayıb. Bütövlükdə isə bu kimi fəaliyyət İsveçə silahlı müdaxilə və hərbi əməliyyatlarla nəticələnə bilər.

"Svenska Dagbladet" eyni zamanda yazır ki, rusiyalıların hərbi kəşfiyyatının aktivliyi İsveç ərazisində artmağa başlayıb. Kəşfiyyatın agentləri "verbovka" etməsi və kibersistemə hücum haqqında da məlumatlar əldə olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə