Kerridən Rusiyaya sərt xəbərdarlıq

Kerridən Rusiyaya sərt xəbərdarlıq

"Rusiya Ukraynaya müdaxiləsindən əl çəkməsə, ona qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq olunacaq". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın dövlət katibi Con Kerri deyib.

ABŞ Senatında çıxış edən baş katib, Rusiya tərəfdarı olan nümayişçilərin Ukraynanın Xarkov və Donetskdəki yerli idarəetmə binalarına hərbi müdaxiləsinin zorakı bir vasitə olduğunu söyləyib: "Moskva rəhbərliyi Ukraynanın ərazi bütövlüyünə hörmət etməsə, o zaman Rusiyanın enerji, bank və mədənçilik sektorlarını hədəf alan yeni, sərt sanksiyalar tətbiq ediləcək".

ABŞ-ın dövlət katibi həmçinin qeyd edib ki, gələn həftə Avropada rus həmkarı Sergey Lavrov və ukraynalı səlahiyyətlilərlə görüşəcək: "Rusiya beynəlxalq aləmin fikirləri ilə razılaşmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə