"Avropa Birliyi Rusiya Federasiyası ilə münasibətləri barədə yenidən düşünməlidir". SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Birliyi Şurasının sədri Herman Van Rompey deyib.
Onun sözlərinə görə, Krımdakı hadisələrdən sonra Avropa Rusiyadan qaz asılılığını azaltmalı, azad ticarət və investisiyalara dair transatlantik müqavilə (ABŞ-la) imzalamalıdır.
Rusiyanın qazdan siyasi alət kimi istifadə etdiyini dilə gətirən Rompey vurğulayıb ki, Avropa Birliyi son onillikdə Rusiya ilə münasibətlərin inkişafına çoxlu sərmayə qoyub: "Biz onunla yeni müqavilə imzalamağa hazır idik. Təəssüf ki, Rusiyanın başqa məqsədləri var imiş və o, köhnə dünyanı bərpa etməyə çalışır. Lakin keçmiş heç vaxt qayıtmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB