Avtobus aşdı 7 nəfər ölüb

Türkiyədə avtobus aşıb, nəticədə 7 nəfər həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Konya vilayətində baş verib. Hadisə ilə bağlı ilkin məlumatlarda 10 nəfərin yaralandığı deyilir. Xəsarət alanların hamısı Türkiyə vətəndaşıdır.

Məlumatda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində aşdığı qeyd olunur. Hadisənin səbəbləri ilə bağlı dəqiq məlumat verilmir. Qəza ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə