Belarusun paytaxtında 70 mağaza "Tax Free" sisteminə qoşulub. 2013-cü ildə Minskin dörd univermağında sistemin tətbiqinə, təcrübi istismarına və sınaqdan keçirilməsinə başlanıb.
2014-cü ildə "Tax Free" sistemi zərgərlik məmulatı, məişət texnikası, parfümeriya-kosmetika malları, paltar mağazalarında fəaliyyət göstərməyə başlayıb.
Sistemin Minskdə işlədiyi dövrdə əlavə dəyər vergisinin qaytarılması üçün təqribən 300 çek rəsmiləşdirilib. Bu xidmətdən Azərbaycan, Avstriya, Almaniya, Estoniya, Çin, İsrail, latviya, Ukrayna və digər ölkələrdən gələn qonaqlar istifadə ediblər.
Belarusda "Tax Free" sistemindən ilk dəfə Minsk mağazaları istifadə etməyə başlayıblar. Sistem 20 faiz həddində əlavə dəyər vergisi qoyulan malların ayrı-ayrı kateqoriyalarına şamil olunur və satın alınmış malın qiymətinin 15 faizinin qaytarılmasını nəzərdə tutur.
Belarusda "Tax Free" sisteminin operatoru "Beltamojservis"dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB