Moldova vətəndaşları üçün vizaların ləğv edilməsi barədə qərar dərc olunub

Moldova vətəndaşları üçün vizaların ləğv edilməsi barədə qərar dərc olunub

Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi (MXİAİ) Avropa İttifaqının rəsmi jurnalında Moldova vətəndaşları üçün vizaların ləğv edilməsi barədə qərarın dərc olunduğunu elan edib. Qərar bu il aprelin 28-də qüvvəyə minəcək.

Moldova Respublikasının vətəndaşları üçün vizaların liberallaşdırılması Avropa İttifaqının 539/2001 nömrəli reqlamentində nəzərdə tutulub. Reqlamentdə vətəndaşları Aİ-nin xarici sərhədlərini keçmək üçün viza almağa məcbur olan və vətəndaşları bu tələbdən azad edilən üçüncü ölkələrin siyahısı göstərilir.

Reqlament Aİ-nin rəsmi jurnalının elektron səhifəsində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə