AŞPA-da Qırğızıstana xüsusi “Demokratiya naminə Tərəfdaş” statusu verilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında günün ikinci yarısı məruzəçilər Andreas Qros, Pedro Aqramunt və Bernadet Burze-nin birgə hazırladıqları "AŞPA-dan Qırğızıstan Respublikasının Parlamentinin istəyinə əsasən, bu ölkəyə AŞPA yanında demokratiya naminə Tərəfdaş statusunun verilməsi xahişi" adlı hesabatları müzakirə olunaraq qəbul olunub.
Bununla da AŞPA Qırğızıstana öz daxilində ayrıca status verməklə, bu Orta Asiya ölkəsini Avropaya daha da yaxınlaşdırıb.
Qeyd edək ki, Qırğızıstan Parlamenti AŞPA-da bu statusu almaq üçün Assambleyaya hələ 2011-ci ildə müraciət edib. Qəbul olunan hesabatda Assambleya Qırğızıstanda siyasi və demokratik institutların ümumi vəziyyəti təsvir olunub və bu ölkənin AŞPA daxilində belə bir statusa malik olması qurumun prosedurlarına tam uyğun olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB