Separatçılar Donetskdə qaz təchizatını dayandırmağa cəhd ediblər İĞTİŞAŞ
"Separatçılar Donetskdə vətəndaşları təmin edən qaz təchizatı idarəsini tutmaqla, mavi yanacağın kəsilməsinə cəhd ediblər". SİA-nın məlumatına görə, bu haqda şəhər meri Aleksandr Lukyançenko ölkə mətbuatına açıqlamasında deyib.
Merin sözlərinə görə, onlar qaz təchizatının kəsilməsi ilə yanaşı, vətəndaşlara məxsus maşınları yandırır, ictimai nəqliyyatın işinə xələl vurmağa çalışırlar: "Hətta trolleybus və avtobusları barrikada qurmaq məqsədilə güclə şəhərin müxtəlif istiqamətlərinə sürdürürlər. Son günlər naməlum şəxslər tərəfindən Donetskin 14 yaşayş binasında qaz təchizatı dayandırılıb. Bütövlükdə 482 mənzil bir sutkadan çoxdur ki, mavi yanacağa həsrət qalıblar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB