“Yaquar” Xarkovdakı administrativ binaları azad etdi ANTİTERROR

“Yaquar” Xarkovdakı administrativ binaları azad etdi ANTİTERROR

Ukrayna silahlı birləşmələrinə məxsus "Yaquar" xüsusitəyinatlıları Xarkovda separatçılar tərəfindən zəbt edilmiş administrativ binaları güllə atmadan geri almağa müvəffəq olub. SİA-nın məlumatına görə, bunu öz "facebook" səhifəsində "Batkivşina" partiyasından olan xalq deputatı Nikolay Knyajitskiy daxili işlər naziri Arsen Avakovun dediklərinə istinadən yazıb. Knyajitskinin bildirdiyinə görə o, Avakovla söhbətində xüsusitəyinatlıların təmizləmə əməliyyatından sonra həbs edilmiş 70 nəfər qanun pozucusunun təcridxanalara yerləşdirildiyini öyrənib.

Mərkəzi Ukraynadan gətizdirilmiş "Yaquar" xüsusi təyinatlıları çox peşəkarcasına, operativ şəkildə hərəkətə keçdikləri zaman bir güllə atmadan belə, dövlət obyektlərini geri almağa müvəffəq olublar. Əməliyyat zamanı nə yaralanan, nə də həlak olanlar olub. Bu, bir daha "Yaquar"ın yüksək peşəkarlığından xəbər verir. Bu qrup ölkənin şərqində cücərmək istəyən istənilən cinayətkarların qarşısını əzmlə almağa hazırdır" -deyə, Nikolay Knyajitskiy öz sosial şəbəkə hesabında yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə