Regionda irimiqyaslı müharibə başlaya bilər

Regionda irimiqyaslı müharibə başlaya bilər

Rusiya Ukraynanın materik hissəsinə qoşun yeritdiyi halda regionda irimiqyaslı müharibə başlayacaq. Bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası katibinin müavini Viktoriya Syumar bəyan edib.

Xatırladaq ki, aprelin 6 və 7-də Ukraynada rusiyameylli qüvvələr Donetsk və Xarkov vilayəti üzrə icra hakimiyyəti, Luqansk və Donetsk təhlükəsizlik xidmətlərinin binalarını zəbt ediblər. Mərkəzi güc strukturlarının rəhbərləri bununla əlaqədar Luqansk və Donetsk şəhərlərinə ezam olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə