Ukraynada Nikolayev vilayəti icra hakimiyyətinin qarşısında toqquşmalar baş verib

Ukraynada Nikolayev vilayəti icra hakimiyyətinin qarşısında toqquşmalar baş verib

Ukraynada Nikolayev vilayəti icra hakimiyyətinin qarşısında polislə nümayişçilər arasında toqquşmalar baş verib. Öncə binanın yaxınlığına bir qrup adam toplaşıb.

Milis onları əhatəyə alıb, aksiyaya qoşulmağa gələnlərin qarşısını almağa çalışıb. Lakin əllərində Rusiya bayrağını tutan 10-15 nəfər mühasirəni qıraraq nümayişçilərə qatılıb.

Etirazçılar artıq iki dəfə icra hakimiyyətinin binasına daxil olmağa cəhd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə