Con Kerri Rusiya, Ukrayna, ABŞ və Avropa Birliyi arasında danışıqların başlanmasını təklif edib
ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Ukraynadakı vəziyyətlə əlaqədar Con Kerri 10 gün ərzində Rusiya, Ukrayna, ABŞ və Avropa Birliyi arasında danışıqların başlanmasını təklif edib.
Bu barədə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Cen Psaki deyib. "Kerri və Lavrov yaxın günlərdə Ukraynada gərginliyin azaldılması istiqamətində birbaşa çoxtərəfli danışıqların keçirilməsinin mümkünlüyünü müzakirə ediblər" – deyə Psaki bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB