Ukrayna sərhəd xidməti Rusiya ilə sərhədin mühafizəsini gücləndirib

Ukrayna sərhəd xidməti Rusiya ilə sərhədin mühafizəsini gücləndirib

Ukrayna sərhəd xidməti Rusiya-Ukrayna sərhədinin mühafizəsini gücləndirilməsi üzrə mühüm tədbirlər həyata keçirib.

İdarənin mətbuat xidmətinin açıqlamasında hər gün minə yaxın sərhəd dəstəsindən istifadə olunduğu bildirilir.

Xüsusi diqqət və gücləndirilmiş nəzarət zonaları müəyyən edilib, sərhədin mühafizəsinə ölkənin Daxili işlər nazirliyi və Təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub.

Sərhəd xidməti ötən sutka ərzində 200-ə yaxın Rusiya vətəndaşını Ukrayna ərazisinə buraxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə