Ukraynada Rusiya tərəfdarı nümayişlər keçirir

Ukraynada Rusiya tərəfdarı nümayişlər keçirir

Ukraynada yenidən gərginlik yaşanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün səhər saatlarından etibarən Xarkov, Donetsk və Luqansk şəhərləri başda olmaqla, ölkənin bir çox bölgələrində Rusiya tərəfdarları nümayişlər keçirməyə başlayıb. Tərəfdarlar Xarkov, Donetsk və Luqansk şəhərlərindəki yerli idarəetmə orqanlarının binalarını ələ keçirərək Ukrayna bayrağını endiriblər. Onun əvəzində isə strukturların önündə Rusiya bayrağı dalğalanmağa başlayıb.

Ələ keçirdikləri dövlət strukturlarında "Xalq hökuməti" qurduqlarını deyən Rusiya tərəfdarları Kiyev rəhbərliyini tanımadıqlarını və qısa müddətdə Xarkova səfər edəcək Viktor Yanukoviçə itaət edəcəklərini bildiriblər.

Hadisələrin geniş miqyasda yayılmaması üçün polis nümayişçilərə müdaxilə etmir.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 25 may tarixində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə