Timoşenko Donetskə gedir

Vitaliy Kliçkonun ardınca, Yuliya Timoşnko da hakimiyyətə çağırış tələbi edib. SİA Ukraynanın zn.ua saytına istinadən xəbər verir ki, Timoşenko dövlət nümayəndələrinə "Xarkovda, Donetskdə və Luqanskda terrorçulara qarşı ən sərt tədbirlər görün" müraciəti edərək, onlara qarşı daha sərt tədbirlər görməyə səsləyib.

Eks-baş nazir əmin olaraq iddia edib ki, Kreml və Rusiyanın xüsusi xidmət orqanları Krım ilhaqının ssenarisini Ukraynanın Şərqində də həyata keçirilməsi üçün var qüvvələri ilə əməli işə keçiblər.

"Ölkəni paralamağa yönəlmiş istəniklən addımalara qarşı Ukrayna cəmiyyəti qətiyyətli müqavimət göstərəcək"-deyə vurğulayan Timoşenko onu da bildirib ki, ABŞ və Avropa İttifaqının sanksiyaları Rusiyanı dayandırmağa müvəffəq olmur: "Buna görə də demokratik dünyanın liderlərindən də tələb edirəm ki, sanksiyalardan da sərt qərarlar, ölçülər götürülsün".

Timoşenko hazırda Donetskə doğru istiqamət aldığını da mediaya açıqlayıb.

Qeyd edək ki, Ukrayna hökumətinin əsas nümayəndələri və güc nazirləri Ukraynanın Şərqində vəziyyəti öz nəzarətləri altına almaq üçün Luqanska, Xarkova və Donetskə səfər ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə