"UDAR" partiyasının lideri Vitaliy Kliçko yeni hakimiyyətdən Şərqi Ukraynada baş verən hadisələrə qarışmağı tələb edib. SİA ölkə mətbuatına istinadən xəbər verir ki, partiya lideri Ukrayna Təhlükəsizlik Xidmətindən (UTX) və digər hüquq mühafizə orqanlarından təxribat törədənlərə qarşı adekvat cavab verilməsini istəyib.
"Hakimiyyət dərhal ölkənin şərqində baş verən situasiyaya qarışmalıdır ki, gələcəkdə Ukraynanın parçalanmasının qarşısı alınsın. DİN və UTX-nin seçmə gücləri ölkənin parçalanmasına, seçkilərin baş tutmamasına çalışan qüvvələri həbs etməlidir. Onlar xüsusilə, Donbasda prafilaktik tədbirlər görməklə separatçılığın qarısını almağa çalışmalıdırlar. Hadisələr sadə vətəndaşlar tərəfindən deyil, məhz silahlarla yaxşı təchiz olunmuş təxribatçılar tərəfindən törədilir. Bu kimi təzyiqlərə qarşı hökumət ən sərt və ən kəskin reaksiya göstərməlidir".
Qeyd edək ki, ötən bazar Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Litvaya olan işgüzar səfərini təxirə salıb və ölkənin şərqində - Luqanskda, Donetskdə, Xarkovda baş verən kütləvi qarşıdurmalara görə güc nazirləri ilə iclas keçirib. Belə ki, Rusiyameylli fəallar Luqanskda UTX-nin, Donetsk və Xarkovda isə vilayət administrasiyalarına məxsus binaları zəbt ediblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB