Qazaxıstanın xarici borcu 150 milyard dollara çatdı

Qazaxıstanın xarici borcu 150 milyard dollara çatdı

Orta Asiyanın ən böyük iqtisadiyyatına sahib olan Qazaxıstanın xarici borcunun 148.7 milyard dollara yüksəldiyi açıqlanıb. SİA- nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Mərkəzi Bankı məlumat verib. Verilən məlumata əsasən, ölkənin 2013-cü ildə 136.9 milyard dollar olan xarici borcu 11.8 milyard dollar artaraq 148.7 milyard dollara yüksəlib.

Açıqlanan xarici borc məbləğinin yüzdə 95-nin özəl sektora aid olduğu bildirilərək, bank sektoruna aid xarici borc məbləğinin isə 11.1 milyard dollar olduğu deyilib.

Qeyd edək ki, Qazaxıstanın 2010-cu ildə xarici borcu 118,2 milyard dollar olduğu halda bu rəqəm 2011-ci ildə 123,8 milyard dollar, 2012-ci ildə isə 134 milyard dollar olub. 2013-ci ildə isə bu rəqəm 136.9 milyard dollara çatmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə