Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç haqqında şok faktlar üzə çıxmaqdadır. SİA ölkənin tsn.ua saytına istinadən xəbər verir ki, keçmiş prezident haqqında üzə çıxan faktlar vaxtilə onun yaxın çevrəsində olan adamlar tərəfindən açıqlanır. Belə ki, Viktor Yanukoviçin keçmiş cangüdəni olmuş Vyaçeslav Zanevskinin dediyinə görə, devrilmiş prezident əslində özünü padşah hesab edib.
"Ona yaxın olan insanlar Yanukoviçin qəbuluna pis xəbərlərlə girməyə qorxurdular. Çünki belə olan halda onun özü şəxsən xəbər gətirənlərə qarşı fiziki güc tətbiq edirdi. Ümumiyyətlə, inaqurasiyasından sonra o, özündənmüştəbeh və hadisələrə etinasız olmuşdu" - deyə Zanevski bildirib.
Keçmiş cangüdən bunu belə izah edib ki, bütün olanlara səbəb Yanukoviçin keçmiş həbsxana həyatı və uşaqsayağı düşüncələri olub.
Bu arada Regionlar partiyasından olan xalq deputatı Anna German daha maraqdoğurucu faktı ictimailəşdirib. Deputat bildirib ki, Yanukoviç tez-tez ona zəng edir, daxili hisslərini onunla bölüşürdü: "Belə zənglərin birində o mənə dedi ki, "Anna şəxsən mən Timoşenko ilə (Yuliya Timoşenko-red.) cinsi əlaqəyə girib, onunla sevişə bilməzdim".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB