Macarıstanda parlament seçkiləridir

Macarıstanda parlament seçkiləridir

Bu gün Macarıstanda parlament seçkiləri gedir. Sosial sorğuların nəticələrinə görə, parlament seçkiləri ərəfəsində Macarıstanın "FİDES" partiyası digərlərindən daha şanslı görünüb. SİA-nın məlummatına görə, bu barədə "Azadlıq Radisosu"nun Şərqi Avropa bürosu xəbər verib. Belə ki, hazırda bu partiyanı təmsil edən Viktor Orban ölkənin baş naziri vəzifəsini icra edir.

İqtidar partiyasını sol mərkəzçi Sosialist partiyası və ultrasağçı "Yobbik" partiyası təqib edir. Belə ki, bu partiyanın təmsilçisi Beyla Kovaç martın 16-da Kırmda keçirilən "referendumda" müşahidəçi qismində iştirak edib və onun nəticələrini tanıyıb.

Xatırladaq ki, 2010-cu ildə Viktor Orban və tərəfdarları səslərin 3-dən ikisini qazanaraq, iqtidara gəlmişdi.

Müxalifət isə iqtidarı vətəndaş, söz və ifadə azadlığını pozmaqda ittiham edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə