Şimalı Koreyanın (KXDR) raket təhlükəsi ilə bağlı ABŞ Yaponiyaya daha iki hərbi gəmi göndərəcək. Həmin gəmilər eyni zamanda raketdən müdafiə kompleksləri ilə təchiz oluunub. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib.
"Pxenyanın təxribatçı və sabitliyə zidd davranışlarına,eləcə də BMT TŞ-nın qətnaməsini pozmasına görə, bəyan edirəm ki, ABŞ 2017-ci ilə qədər Yaponiyaya üzərində "İdjis" (Aegis) raketdən müdafiə kompleksləri ilə təchiz olunmuş əlavə iki gəmi göndərəcək".
Hazırda Yaponiyada beş bu tipli gəmi xidmət göstərir.
Qeyd edək ki, KXDR bu yaxınlarda iki ballistik raket sınaqdan çıxarıb. Həmin raketlər Yaponiya ərazisində olan hədəfləri vurmaq qabiliyyətindədir. Yaponiya hakimiyyəti isə artıq ölkənin hava sərhədlərini poza biləcək Şimali Koreya raketlərini vurmaq əmrini verib.
BMT TŞ isə rəsmi Pxenyana ballistik raketlərin və buna bənzər digər hərbi texnologiyaların sınaqdan keçirməməsi üçün qətnamə qəbul edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB