İtmiş təyyarəyə aid olduğu güman edilən yeni qırıntılar aşkar edilib
"Malaysia Airlines" şirkətinə məxsus itmiş təyyarənin axtarışlarında iştirak edən Çin təyyarəçiləri Hind okeanında bu laynerə aid olduğu güman edilən "ağ rəngli yeni qırıntılar" aşkar ediblər. Həmin qırıntılar Avstraliya sahillərindən 2700 kilometr məsafədə tapılıb.
Çin hərbi-hava qüvvələrinə məxsus İl-76 təyyarəsinin göyərtəsindən bu obyektlərin fotoları 20 dəqiqə ərzində çəkilib. Yeni tapıntı barədə məlumat Pert şəhərində yerləşən əlaqələndirmə mərkəzinə göndərilib.
Aprelin 5-də Çin tərəfi bu ölkəyə məxsus "Hasyun-1" axtarış gəmisinin itmiş təyyarənin "qara qutusunun" siqnallarını aşkar etməsi barədə yayılmış məlumatı təkzib edib.
Axtarışlar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB