Ermənilərin qondarma iddialarına Türk cəmiyyətindən reaksiya gəldi

Ermənilərin qondarma iddialarına Türk cəmiyyətindən reaksiya gəldi

Erməni diasporunun Suriyadakı qarşıdurmalarla əlaqədar Türkiyəni günahlandıran ifadələri ABŞ-dakı Türk cəmiyyətini hərəkətə gətirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən ölkədə fəaliyyət göstərən Türk cəmiyyətinin nümayəndələri ABŞ prezidenti Barak Obamaya və Konqresə məktub yazaraq , imza kampaniyasına başlayıblar.

Türkiyənin təxminən bir milyon Suriyalıya qapılarını açdığı vurğulanan ərizədə Türkiyənin terroristlərə və Suriyada vətəndaşları hədəf alan hər kəsə qarşı olduğu ifadə edilib.

Sözügedən ərizədə, Türkiyənin yalnız son bir ay ərzində Suriya tərəfindən 60 -dan çox terrorist hücumuna məruz qaldığına işarə edilərək , Türkiyənin Suriyalı ermənilərə də Mardində sığınma təklif etdiyi və onların təhlükəsizliyi üçün BMT Mühacirlər Yüksək Komissarlığı ilə yaxından çalışdığı vurğulanıb.

Qeyd edək ki, erməni diasporu Suriyanın Lazkiyə şəhərinə bağlı Keseb qəsəbəsində baş verən qarşıdurmalar zamanı erməni kəndlərinə istiqamətli edilən hücumlardan süni istifadə edərək, bu hadisələrdə Türkiyəni günahlandırıb. Onlar hücumların arxasında Türkiyənin olduğu iftirasını irəli sürərək, bölgədəki ermənilərin yerlərini tərk etməsi hadisəsi ilə Birinci Dünya müharibəsi illərində ermənilərə istiqamətli "soyqırım" iddiaları arasında eynilik olduğunu deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə