Ukraynanın sabiq prezident Viktor Yanukoviçi müxalifətə qarşı pul verərək silahlı insanlardan istifadə etməkdə günahlandıran yeni rəhbərlik, polisin nümayişçilərə atəş etdiyinə dair kadrlar yayımlayıb. SİA-nın məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyi 100 nəfərin öldüyü nümayişlər zamanı polis əməkdaşlarının aksiyaçılara atəş etdiyinə dair kadrları yayımlayıb.
Yeni rəhbərlik sabiq prezident Yanukoviçi, nümayişlərin qarşısını almaq üçün qatillər və silahlı şəxslərdən ibarət şəbəkə qurmaqda günahlandırıb.
Bu ittihamları öncə Yanukoviç qəbul etməyib. Sonra isə Rusiya xarici işlər naziri Sergey Lavrov hadisə ilə əlaqələrinin olmadığını açıqlayıb.
Bu arada ABŞ prezidenti Barak Obama Ukraynaya 1 milyard dollar kredit verilməsinə dair fərmanı imzalayıb.
Bunlar yaşanarkən Rusiya da terror aktı həyata keçirmə planı hazırlamaqda günahlandırdığı 25 ukraynalını həbs edib.
Digər tərəfdən Rusiya, Ukraynaya verdiyi təbii qazın qiymətini bir həftədə ikinci dəfə qaldırıb. Bunu qəbul etməyən Kiyev rəhbərliyi isə bu qərarın arxasında siyasi səbəblər olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB