Ədliyyə general-mayoru, Moldova Zabitlər Liqasının keçmiş rəhbəri, ölkənin penitensiar müəssisələr departamentinin sabiq başçısı Valeriu Troyenko Moldovanın yeni müdafiə naziri olacaq
Moldova prezidenti Nikolaye Timofti müdafiə naziri vəzifəsinə ədliyyə general-mayoru Valeriu Troyenkonun namizədliyini təsdiq edib. Troyenko yaxın vaxtlarda prezidentin və baş nazirin yanında Moldovaya sədaqət andı içəcək.
Moldova Müdafiə Nazirliyinin sabiq rəhbəri Vitali Marinutsa fevralın axırlarında istefa verib. O vaxtdan Moldova müdafiə naziri vəzifəsi boş idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB