"Rusiya iqtisadiyyatı çətin vəziyyətdədir, "Qazprom"un proqnozları reallıqdan 910 milyard dollar geridə qalıb. Hələ 2007-ci ilin aprelində - bazarda xammalın dəyəri artdığı zaman "Qazpromun" sədr müavini Aleksandr Medvedyev iddia etmişdi ki, 7 ildən sonra şirkətin kapitallaşdırılması dörd dəfə artaraq, 1 trilyon dolları əhatə edəcək". SİA-nın məlumatına görə, bu barədə "The Bloomberg" iqtisadi nəşri yazır.
Nəşrdə qeyd olunur ki, Medvedyev burada nə az, nə çox, 910 milyard dollarlıq səhvə yol verib: "Ötən müddət ərzində "Qazprom"un kapitallaşdırılmasındakı eniş xətti dünyada fəaliyyət göstərən 5000 nəhəng şikətin eniş xəttindən daha çox olub. 154 milyardlıq eniş Putin iqtisadiyyatının xəstəlik simvoluna çevrilib. "Qazprom"un aksiyaları, qiymətli kağızları ardıcıl olaraq üç il qiymətini itirib. Hansı ki, həmin vaxtlar Rusiya Soçi Olimpiadasına və Sibirdə nəhəng layihələri reallaşdıracağı haqda iddialar irəli sürürdü. Qısa zaman ərzində Qərbin iqtisadi sanksiyaları Rusiyanın digər mühüm sənaye və iqtisadi şirkətlərinə köklü təsir göstərəcək".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB