Sergey Şoyqu: “8 min ukraynalı hərbçi Rusiya ordusu tərəfinə keçib”

Sergey Şoyqu: “8 min ukraynalı hərbçi Rusiya ordusu tərəfinə keçib”

"8 mindən artıq Ukrayna hərbçisi Rusiya ordusunun sıralarına keçmək və RF pasportlarını almaq üçün müvafiq sənədlərini təqdim ediblər". SİA İnterfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Rusiyalı nazirin sözlərinə görə, artıq onlardan 3 mini müəyyən hərbi vəzifələrə təyin olunublar: "İndi yerdə qalan hərbçilərin Rusiya ordusuna adaptasiyaları istiqamətində işlər aparılır. Tezliklə bu proses başa çatdırılacaq".

Nazir eyni zamanda qeyd edib ki, Rusiya ordusu Ukrayna ordusunda qalmaq istəyən hərbçilərin yarımadanı tərk etmələri üçün koridor müəyyənləşdirib və həmin koridor vasitəsilə əsgərlərlə yanaşı, Ukraynaya məxsus hərbi texnikalar da çıxarılacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə