Avropa İttifaqı (Aİ) Nazirlər Komitəsi Rusiya və Ukraynanı hərbi əməliyyatlara başlamamaq haqqında çağırış edib. SİA Ukraynanın delo.ua saytına istinadən xəbər verir ki, çağırış xarakterli bəyanat Aİ-nin aprelin 3-də keşirilən iclasında qəbul olunub.
Aİ Nazirlər Komitəsi eyni zamanda Krımda və Sevastopolda martın 16-da keçirilən referendumu qanunsuz və legitim hesab etməmək barəsində qərar qəbul edib.
Qeyd edək ki, son günlər Rusiya qoşunları Ukrayna sərhədlərindəki dislokasiya nöqtələrini gücləndirməkdədir. Ukrayna isə öz növbəsində genşmiqyaslı hərbi təlimlərini keçirməkdə davam edir. Təlimlərdə zirehli texnikalardan, gəmi və katerlərdən, qırıcı təyyarələrdən, havadan müdafiə texnikalarından və ağır tanklardan istifadə olunur.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB