Yaponiya Rusiya Federasiyasını Kuril adalarında referendum keçirməklə hədələyib. SİA-nın məlumatına görə, Yaponiyanın eks-müdafiə naziri Yuriko Koike rəsmi Moskvanın Krım ilhaqını "imperiya ambisiyalarına qayıdış" kimi qiymətləndirib.
"İndi Tokio Rusiya prezidenti Vladimir Putinin Kuril adaları ilə bağlı danışıqlardakı vədlərinə inanmır"-deyən Koike onu da bildirib ki, İturup, Kunaşir, Şikotan və Habomai adaları II Dünya müharibəsindən sonra SSRİ-nin nəzarəti altına keçib.
Eks-nazir daha bir maraqlı məqama da toxunaraq qeyd edib ki, taleyin ironiyasıdır ki, Yaponiya ilə Rusiya arasındakı mübahisəli ərazilərin hər birində etnik ukraynalılar yaşayır. O, Kuril adalarında referendumun keçiriləcəyi halında, xüsusilə, İturup adasında referendum keçirilərsə, orada yaşayan 60 % etnik ukraynalının müstəqilliyə səs verəcəyini iddia edib.
"Əgər ada müstəqil olarsa, Putin Krımdakı kimi buranın da müstəqilliyini tanıyarmı?". Yuriko Koike eyni zamanda bildirib ki, Rusiya keçmiş sovet epoxasına geri qayıdır və Putin Leonid Brejnevin "əlimizdə nə varsa, ondan tutaq" devizi ilə hərəkət edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB