Türkiyədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə Konstitusiya Məhkəməsinin qərarını qəbul etsəm də, bu qərara hörmətlə yanaşmıram". SİA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlməmişdən qabaq jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi qərar qəbul etməmişdən əvvəl məsələyə i instansiyalı məhkəmədə baxılmalı idi.
Xatırladaq ki, ötən gün Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi "Twitter" sosial şəbəkəsinə girişin bərpa olunduğu ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, ölkənin Konstitusiya Məhkəməsi sosial şəbəkəyə girişə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, Türkiyədə "Twitter"şəbəkəsinə giriş martın 21-də baş nazir Rəcab Tayyib Ərdoğanın çıxışından sonra bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB