Pərviz Müşərrəfə qarşı sui-qəsd hazırlanıb

Pərviz Müşərrəfə qarşı sui-qəsd hazırlanıb

Aprelin 3-də İslamabadda Pakistanın sabiq prezidenti, general Pərviz Müşərrəf Ravalpindi şəhərindəki hərbi hospitaldan qayıdarkən onun kortejinin keçdiyi yolda güclü partlayış baş verib.

Verilən məlumata görə, sui-qəsd eks-prezidenti öldürmək üçün törədilib. Partlayış generalın korteji körpünü keçdikdən sonra baş verib. Eks-prezident sağ-salamat İslamabad yaxınlığındakı iqamətgahına gedib çatıb.

Hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, partlayış 4-6 kiloqram trotil gücündə olub.

Xatırladaq ki, Pərviz Müşərrəf dövlətə xəyanət və daha dörd cinayət törətməkdə ittiham edilir.

Pakistan hüquq mühafizə orqanlarının məlumatına görə, 2001-ci ildən 2008-ci ilədək Pakistanın prezidenti olmuş Pərviz Müşərrəf 2007-ci ildə ölkədə fövqəladə vəziyyət élan etməklə və Ali Məhkəmənin sədrinin həbsinə əmr verməklə dövlətə xəyanət edib. Pakistan qanunlarına görə, dövlətə xəyanət edən şəxs edam və ya ömürlük həbs ilə cəzalandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə