Qırğızıstan parlamenti yeni Hökumətin strukturunu və tərkibini təsdiq edib
Qırğızıstan parlamenti - Joqorku Keneş 103 səslə yeni Hökumətin strukturunu və tərkibini təsdiq edib.
Parlamentdə Sosial Demokrat Partiyası, "Ata-Meken" və "Ar-Namıs" fraksiyaları Comart Otorbayevin baş nazir vəzifəsinə namizədliyini bəyənmiş və təsdiq edib.
Tayırbek Sarpişev baş nazirin birinci müavini, Abdıraxman Mamataliyev, Valeri Dil və Elvira Sarıyeva baş nazirin müavinləri təsdiq olunublar.
Parlamentdə, eyni zamanda hökumətin digər üzvləri təsdiq olunmuşublar.
Qeyd edək ki, yeni Hökumətin strukturu və tərkibi təsdiq üçün Qırğızıstan prezidenti Almazbek Atambayevə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB