“Krımda Ukrayna dilində danışmağa qadağa qoyulub”

“Krımda Ukrayna dilində danışmağa qadağa qoyulub”

"Ukrayna özünü aldadılmış hiss edir və nüvə ölkəsi statusunu geri qaytarmalıdır. Əgər Qərb Ukraynanı Rusiya hərbi müdaxiləsindən müdafiə etməsə, bu zaman ölkə özü-özünü müdafiə etməyə borcludur. Bu baxımdan, nüvə statusunu geri qaytarmağın zamanı çatıb". SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu sözləri Krım-tatar məclisinin keçmiş rəhbəri Mustafa Cemilev Vaşinqtondakı çıxışında deyib.

Bu arada ABŞ-ın "The New Republic" nəşri xatırladıb ki, Ukrayna nüvə silahından 1994-cü ildə imtina edib. Belə ki, həmin vaxt Rusiya, Böyük Britaniya və ABŞ "Budapeşt memorandum"unu imzalayıblar. Memoranduma görə, həmin ölkələr Ukraynanın nüvə silahından imtina etməsindən sonra bu ölkənin ərazi bütövlüyünü müdafiə etmək öhdəliyi daşıyırlar.

Xatırladaq ki, hazırda Krım tatarlarını daha ağır vəziyyət gözləyir. Belə ki, aprelin 18-də bütün Krım sakinləri avtomatik olaraq Rusiya vətəndaşlarına çevriləcəklər. "İnsanlar Rusiya vətəndaşları olduqdan sonra biz tələyə düşəcəyik" -deyən Cemilev həmçinin qeyd edib ki, Rusiya qanunvericiliyinə görə, ərazi dəyişikliyinin mübahisə predmetinə çevrilməsi 5 illik həbs cəzası ilə ölçülür.

Cemilevin sözlərinə görə, artıq Krımda Ukrayna və tatar dillərində tədris edən məktəblər bağlanmağa başlayıb. Bu dillərdə danışmağa isə qadağa qoyulur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə