Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Moskvadakı səfirliyinə nota verib. SİA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, nota Rusiya Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşdirilməsinə dair sazişlərin qüvvədən düşməsini nəzərdə tutan qanunun tətbiqi ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, qəbul olunmuş qərarda sazişlərin qüvvədə olduğu müddətdə əmələ gələn maliyyə öhdəlikləri nəzərə alınmayıb.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının aprelin 1-də qəbul etdiyi qanun 1997-ci ilin mayın 28-də Rusiya ilə Ukrayna arasında imzalanan müqavilələri qüvvədən salır. Yeni qanun, həm də 2010-cu ilin aprelin 21-də Xarkovda imzalanan sazişlər üçün də keçərlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB