""Twitter" Türkiyəni saymır "

Türkiyənin ədalət naziri Bəkir Bozdağ Konstitusiya Məhkəməsinin "Twitter" qadağasının ləğvi istiqamətindəki qərarını qiymətləndirərkən "Twitter"in Türkiyənin qərarına etimad göstərmədiyini deyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o bu ifadəni sözügedən ölkənin TGRT kanalına müsahibə verərkən səsləndirib.

Nazirin sözlərinə görə, "Twitter"dən bir müddət əvvəl məhkəmə qərarlarının həyata keçirilməsi tələb edilsə də, heç bir nəticə əldə olunmayıb: ""Twitter" bu məhkəmə qərarlarını qəbul etməməklə Türkiyənin hüququnu tanımadığını və Türkiyənin bu barədə olan narahatlığını ciddiyə almadığını göstərmiş oldu. ABŞ-da, Almaniyada məhkəmə qərarı dərhal həyata keçirilir. Amma Türkiyənin məhkəmələri qərar verdiyi zaman, Twitter bu qərarları yerinə yetirmir. Bu da onu sübut edir ki, "Twitter" Türkiyəni saymır. İnsanlar adlarına saxta hesablar açıldığını, şəxsiyyət hüquqlarının pozulduğunu iddia edirlər. Məhkəmələrə müraciət edən xalq lehlərinə verilən qərardan istifadə edə bilmir. Çünki "Twitter" sosial şəbəkəsi qərara tam əhəmiyyətsiz yanaşaraq, əməl etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə