Keçirilmiş seçki bələdiyyə sədrinin infarkt keçirməsinə səbəb oldu

Keçirilmiş seçki bələdiyyə sədrinin infarkt keçirməsinə səbəb oldu

Türkiyədə Ədalət Və İnkişaf partiyasından (AKP) namizədliyini irəli sürmüş bələdiyyə sədri infarkt keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Şanlı Urfanın Harran bölgəsindən bələdiyyə sədri seçilən Mehmet Özyavuzun infarkt keçirməsinə səbəb onun seçki öncəsi keçirdiyi stress olub. O, mədə ağrısı şikayəti ilə xəstəxanaya gəlsə də həkimlər onun infarkt keçirdiyini bildiriblər.

Qeyd edək ki, onun vəziyyəti orta ağır olaraq qalmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə