Norveç Avropanın qazla təchizatı məsələsində Rusiyanı əvəz edə bilməz
Avropa bazarında qaz alınmasının həcmi azalsa, Norveç Rusiyanı əvəz edə bilməyəcək. Bu fikri jurnalistlərə müsahibəsində Norveçin neft sənayesi və energetika naziri Tord Lyen söyləyib.
O deyib: "Biz qısamüddətli perspektivdə qaz hasilatını artıra bilərik və artıracağıq, lakin bu, əhəmiyyətli dərəcədə olmayacaq".
Avropa İttifaqının maye təbii qaz qəbulu zavodlarının genişləndirilməsi sayəsində gələcəkdə başqa ölkələrdən alınan yanacağın həcmini artıra biləcəyini vurğulayan nazir deyib: "Qiymətlər ədalətli olsa, təklif də müvafiq olacaq. Amma əlbəttə ki, qazın maye halına salınması və onun dəniz yolu ilə daşınması boru kəməri ilə daşınması ilə müqayisədə baha başa gəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB