Twitter qadağasının aradan qaldırılması barədə qərar qəbul edilib

Twitter qadağasının aradan qaldırılması barədə qərar qəbul edilib

Türkiyə Konstitusiya Məhkəməsi ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edib.

Məhkəmə ölkədə Twitter-in bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb və bu qadağanı istifadəçilərin fikir azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə qərar müvafiq dövlət qurumlarına göndərib.

Xatırladaq ki, martın 21-dən Türkiyədə "Twitter" şəbəkəsinə giriş bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə